Avropada misli-görülməmiş istilər – 10 mindən çox ölüm halı

Baş səhifə

Bakı.Trend:

İyunun sonlarında Avropanı bürüyən rekord istilik dalğası zamanı
10 mindən çox ölüm halı qeydə alınıb.

Bu barədə Reuters agentliyi “EuroMOMO” şəbəkəsinin araşdırmasına
istinadən məlumat yayıb.




Təhlil 22–28 iyun tarixlərini əhatə edən dövr üzrə Avropanın 27
ölkəsinin milli statistika məlumatlarına əsaslanır. Həmin günlərdə
Fransa, İspaniya, Böyük Britaniya və bir sıra digər ölkələrdə
ekstremal istilər pik həddə çatmışdı.

Araşdırmanın nəticələrinə görə, ölənlərin 9 mindən çoxu 65
yaşdan yuxarı şəxslər olub. Eyni zamanda, iyunun son həftəsində “çox yüksək” izafi ölüm göstəricisinin qeydə alındığı yeganə
ölkələr Fransa və Belçika olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir