
Bakı. Trend:
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəndər Abbas və Lar
şəhərləri üzərində səmada iki ABŞ-ın Lucas pilotsuz uçuş aparatının
məhv edildiyini açıqlayıb.
Bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
“Bir neçə dəqiqə əvvəl Bəndər Abbas və Lara şəhərlərində İslam
İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin ən son hava
hücumundan müdafiə sistemləri tərəfindən ABŞ-nin iki “Lucas”
pilotsuz uçuş aparatı məhv edilib”, – deyə bildirilib.

