
Bakı.Trend:
ABŞ-İran arasında hərbi münaqişənin yenidən alovlanması fonunda
İordaniyanın hava hücumlarından müdafiə qüvvələri ölkənin hava
məkanına daxil olan 4 İran ballistik raketinin yerini
müəyyənləşdirərək, zərərsizləşdirib.
Bu barədə ölkənin dövlətə xəbər agentliyi məlumat yayıb.
Dövlət rəhbərliyinə istinadən məlumatda deyilir ki, İordaniyanın
dövlət suverenliyini sarsıtmaq və ya hava məkanını pozmaq cəhdləri
qətiyyətli cavab tədbirləri ilə üzləşəcək.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

