Bəhreyndə gün ərzində 3-cü dəfədir həyəcan təbilləri çalınır

Baş səhifə

Bakı.Trend:

ABŞ-İran arasında son eskalasiyalar fonunda Bəhreyndə gün
ərzində artıq üçüncü dəfədir ki, İranın ballistik raket və dron
hücumları ilə əlaqədar əhali üçün həyəcan təbilləri çalınır.

Bu barədə krallığın Daxili İşlər Nazirliyinin mətbuat xidməti
məlumat yayıb.

Bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)
“Patriot” radarını, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci
Donanmasının hava nəzarəti radarını və Bəhreynin erkən xəbərdarlıq
sistemini məhv etdiyini iddia edib.




Bəhreynə edilən son hücumlarla bağlı dağıntılar və itkilər
barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir