
Bakı.Trend:
Quba rayonunda azyaşlının suda boğulması ilə nəticələnən bədbəxt
hadisə baş verib.
Trend-in
məlumatına görə, hadisə iyulun 13-də saat 12 radələrində rayonun
Qəçrəş kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 2015-ci il təvəllüdlü X.Məmmədov Qudyalçay
çayında çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma rayon prokurorluğu tərəfindən
aparılır.

