
Bakı. Trend
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fransalı
həmkarı Emmanuel Makronu təbrik edib.
Təbrikdə deyilir:
“Fransa Respublikasının milli bayramı münasibətilə Sizə və bütün
xalqınıza təbriklərimi çatdırıram.
Sizinlə son telefon danışıqlarımız və keçən il Kopenhagendə
görüşümüz zamanı Azərbaycan-Fransa gündəliyində duran məsələlər,
ikitərəfli əlaqələrimizin bugünkü vəziyyəti və gələcək
perspektivlərinə dair apardığımız səmərəli müzakirələr
dövlətlərarası münasibətlərimizin tarixində yeni dövrün başladığını
söyləməyə əsas verir.
İnanıram ki, xalqlarımızın mənafeləri naminə dərin tarixi
köklərə və zəngin ənənələrə malik münasibətlərimizin iqtisadi,
mədəni, təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişafı
üçün birgə səylərimizi bundan sonra da tərəfdaşlıq ruhunda davam
etdirəcəyik.
Bu bayram günündə Fransa xalqına əmin-amanlıq və rifah
arzulayıram”.

