
Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp əvvəlcədən Səudiyyə Ərəbistanının
husilərin nəzarətində olan Səna hava limanına qarşı hərbi əməliyyat
keçirməsinə dəstək olub.
Bu barədə Axios ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, zərbənin məqsədi göyərtəsində, ehtimal
ki, Yəmənin şiə hərəkatı “Ənsar Allah” rəhbərliyinin olduğu təyyarə
hava limanına enməzdən əvvəl onu məhv etmək olub.
“Axios”-un iddiasına əsasən, əməliyyata başlamazdan əvvəl
Ər-Riyad Vaşinqtondan dəstək istəyib. Telefon danışığı zamanı Tramp
planlaşdırılan əməliyyatı dəstəklədiyini bildirib, bundan sonra
Səudiyyə tərəfi obyektə zərbə endirib.
Nəşr qeyd edir ki, bu əməliyyat ABŞ və Səudiyyə Ərəbistanının
İranın dəstəklədiyi husilərə qarşı həyata keçirdiyi ən qeyri-adi
birgə təşəbbüslərdən biri olub.
Hücumdan sonra “Ənsar Allah” hərəkatının siyasi bürosunun
nümayəndəsi Məhəmməd əl-Fərəh bildirib ki, Vaşinqton Səudiyyə
Ərəbistanını husilərlə birbaşa silahlı qarşıdurmaya sövq edir.

