BƏƏ-də saxlanılan 55 iranlı balıqçı ölkələrinə qaytarılır

Baş səhifə

BƏƏ-də həbsdə olan 55 iranlı balıqçı ölkəsinə qaytarılır.

“Mehr”in xəbərinə görə, İranın Əbu-Dabidəki səfirliyi indiyə qədər 14 balıqçının İrana qayıtdığını bildirib.

Daha 11 nəfərin qaytarılması isə növbəti günlərdə Dubay-Məşhəd təyyarə reysləri ilə həyata keçiriləcək.

Bildirilib ki, sözügedən 55 balıqçı son aylarda GPS sistemlərinin xarab olması nəticəsində dənizdə yolu itirərək BƏƏ sahil-mühafizə qüvvələri tərəfindən saxlanılıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir