Kreml Britaniya və Aİ-nin kiberhücumlarla bağlı iddialarını rədd edir

Baş səhifə

Rəsmi Moskva Böyük Britaniya və Avropa İttifaqının kiberhücumlarla bağlı iddialarını rədd edir.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

“Biz bütün bu ittihamları rədd edirik. Bilirsiniz ki, Rusiya illərdir ki, heç bir əlaqəsi olmayan şeylərdə ittiham olunur. Bu ittihamlar həmişə əsassızdır. Onlar heç vaxt təsdiqlənmir və biz heç bir dəlil eşitmirik. Sanksiyalara gəldikdə isə, biz onları ənənəvi olaraq qanunsuz hesab edirik. Ölkəmizə qarşı tətbiq edilən on minlərlə sanksiyaya uyğunlaşmışıq. Bu sanksiyalardan yayınmağı, bu sanksiyaların mənfi təsirini minimuma endirməyi öyrənmişik. Biz bunu etməyə davam edəcəyik”, Rusiya prezidentinin sözçüsü vurğulayıb.

Qeyd edək ki, iyulun 13-də Böyük Britaniya və Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar elan ediblər. Onlar Rusiyanı ötən il Avropada xaos və nifaq salmaq məqsədi daşıyan kiberhücumlar təşkil etməkdə ittiham edirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir