Al-Hilal Harri Keyn üçün danışıqlara başlayıb

Baş səhifə

Səudiyyə Ərəbistanının “Al-Hilal” klubu Harri Keynin nümayəndələri ilə mümkün transferlə bağlı danışıqlara başlayıb.

Modern.az “Swiss Sky Sport”-a istinadən xəbər verir ki, İngiltərəli hücumçu hələlik yekun qərar verməyib. Keyn əvvəlcə Səudiyyə klubunun təqdim etdiyi idman layihəsi və maliyyə şərtləri ilə ətraflı tanış olmaq istəyir.

Məlumata əsasən, Keynin “Bayern Münhen”lə müqaviləsində xüsusi bənd yer alır. Həmin bəndə görə, futbolçunun üçüncü mövsümündə maraqlanan klub onu 65 milyon avro qarşılığında transfer edə bilər.

“Al-Hilal” bu variantı ciddi şəkildə nəzərdən keçirir. Hazırkı mərhələdə isə Səudiyyə klubu hələ “Bayern Münhen”ə rəsmi müraciət etməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir