Peter Pelleqrini Prezident İlham Əliyevlə avtomobildə selfi çəkdirib

Baş səhifə

Bakı. Trend

Azərbaycanda səfərdə olan Slovakiya Respublikasının Prezidenti
Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevlə birlikdə avtomobildə selfi çəkdirib.

Peter Pelleqrini həmin görüntünü rəsmi sosial şəbəkə hesabında
paylaşıb.

Paylaşımda qeyd olunur:

“Proqramımızın növbəti hissəsi üçün Prezident İlham Əliyevlə
qeyri-adi bir şəkildə hərəkət etdik. Rəsmi səfər çərçivəsində qəbul
edən dövlət başçısının şəxsən avtomobil idarə etməsi, əlbəttə ki,
ənənəvi hal deyil. Mən bu xüsusi və diqqətli jestdən böyük
məmnunluq duydum. Bu addım ölkələrimiz arasındakı münasibətlərin
səmimiliyindən, xalqlarımız arasında dostluqdan, eləcə də
tərəfdaşlığımızın əsasını təşkil edən qarşılıqlı etimad və
hörmətdən xəbər veririr.Bu qonaqpərvərlik nümunəsinə görə Prezident
İlham Əliyevə səmimi təşəkkürümü bildirirəm”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir