Gürcüstandan bu il ən azı 4 min qanunsuz miqrant çıxarılacaq

Baş səhifə

Bu il Gürcüstandan ən azı 4 min qeyri-qanuni miqrantın çıxarılması planlaşdırılır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ötən il Gürcüstanda təqribən 20 min qanunsuz miqrant olub.

“Son bir il ərzində Gürcüstandan son 10 ildəkindən daha çox qanunsuz miqrant çıxarılıb. Builki plana əsasən isə ölkədən ən azı 4 min qanunsuz miqrantın çıxarılması planlaşdırılır ki, bu da nəticə etibarilə bir neçə il sonra, təxminən 4 il ərzində bizə Gürcüstanı bu problemdən tamamilə azad etmək imkanı verəcək”, – Kobaxidze əlavə edib.

Qeyd edək ki, cari ilin əvvəlindən Gürcüstandan artıq 2 203 qeyri-qanuni miqrant qovulub ki, bu da 2025-ci il üzrə ümumi göstəricini 70% üstələyir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir