Oman sahillərində Norveç tankerinə hücum olub

Baş səhifə

Bakı.Trend:

Norveçə məxsus tanker səhər saatlarında Oman sahilləri
yaxınlığında naməlum qurğunun törətdiyi partlayış nəticəsində
zədələnib.

Bu barədə böhran vəziyyətlərinə operativ reaksiya göstərən “MTI
Network şirkəti” məlumat yayıb.

Şirkətin bəyanatında bildirilir ki, “Stolt Tankers” gəmiçilik
şirkətinin məlumatına əsasən, yerli vaxtla təxminən saat 00:40-da
Ərəb dənizində, Oman sahilləri yaxınlığında üzən “Stolt Magnesium”
tankerində naməlum xarici qurğunun partlaması baş verib.




Şirkətin nümayəndəsi bildirib ki, xoşbəxtlikdən ekipajın bütün
üzvləri salamatdır.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir