Ərdoğan Qətərə yollanıb

Baş səhifə

Bakı.Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 il Qətərə rəhbərlik
etmiş Qətərin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı
ilə əlaqədar başsağlığı vermək üçün Dohaya yola düşüb.

Bu barədə Türkiyə KİV məlumat yayıb.




Şeyx Həməd bin Xəlifə Al Tani 1995–2013-cü illərdə Qətərə
rəhbərlik edib. O, 2013-cü ilin iyununda könüllü şəkildə taxtdan
imtina edərək hakimiyyəti oğlu, hazırkı əmir Şeyx Təmim bin Həməd
Al Taniyə təhvil verib.

74 yaşında vəfat edən keçmiş əmir Dohadakı Lusail
qəbiristanlığında dəfn olunub. Qətərdə bununla əlaqədar dörd günlük
matəm elan edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir