
Bakı.Trend:
Avropada iyunun ikinci yarısında müşahidə olunan ekstremal isti
hava şəraiti nəticəsində azı 14 min nəfər həyatını itirib.
Bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin qiymətləndirməsi istidən ən çox zərər çəkmiş altı ölkə –
Fransa, Belçika, Almaniya, Niderland, İspaniya və Böyük Britaniya
üzrə artıq ölüm halları ilə bağlı ilkin məlumatlara əsaslanır.
Həmin ölkələrdə artıq ölüm hallarının ümumi sayı 14 min nəfərdən
bir qədər çox olub. Ən yüksək göstərici Almaniyada qeydə alınıb –
6,8 min nəfər. Ən aşağı göstərici isə Niderland və İspaniyada olub.
Hər iki ölkədə istinin fəsadları nəticəsində min nəfərdən az
insanın öldüyü ehtimal edilir.

