Konqoda “Ebola”dan ölənlərin sayı 750-ə çatıb

Baş səhifə

Bakı. Trend:

Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusuna
laboratoriya üsulu ilə təsdiqlənmiş yoluxmaların sayı 2 011-ə
yüksəlib.

Bu barədə Rabitə və KİV İşləri Nazirliyinin gündəlik
bülletenində məlumat verilib.

Məlumata görə, son 24 saat ərzində daha 20 yoluxma halı qeydə
alınıb.




Rəsmi statistikaya əsasən, indiyədək “Ebola” virusundan 754
nəfər həyatını itirib. Ölüm göstəricisi 23,4 faiz təşkil edir.

Hazırda 376 nəfər xəstəxanalarda və tibbi təcrid mərkəzlərində
müalicə alır.

Qeyd edək ki, “Ebola” virusunun yayılması mayın 15-də KDR-in
şərq bölgələrində və Uqandada başlayıb. Xəstəliyin əsas ocağı
Konqonun İturi əyaləti hesab olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir