
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni 15 İyul –
Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib.
Bu barədə XİN-in “X” sosial şəbəkə hesabında paylaşım
edilib.
Paylaşımda qardaş Türkiyə Respublikasına ən səmimi təbriklərin
çatdırıldığı bildirilib.
“Demokratiyanın, milli iradənin və birliyin müdafiəsi uğrunda
həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsini dərin hörmət
və ehtiramla yad edir, qəhrəman qazilərə minnətdarlığımızı
bildiririk”, – paylaşımda qeyd olunub.
Azərbaycan Xarici İşlər Nazirliyi paylaşımını “15 İyul –
Demokratiya və Milli Birlik Gününüz mübarək!” sözləri ilə
tamamlayıb.

