İspaniyanın finaldakı rəqibi müəyyənləşir: İngiltərə – Argentina üz-üzə

Baş səhifə

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gün ikinci finalçının adına aydınlıq gələcək.

Modern.az xəbər verir ki, yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə və Argentina milliləri üz-üzə gələcəklər.

Atlanta şəhərində yerləşən stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu ABŞ-dan olan FIFA referisi İsmail Elfat idarə edəcək.

Bu cütün qalibi iyulun 19-da keçiriləcək final görüşündə yarımfinalda Fransanı 2:0 hesabı ilə məğlub edən İspaniya millisi ilə üz-üzə gələcək.

DÇ-2026, yarımfinal

15 iyul

23:00. İngiltərə – Argentina

Baş hakim: İsmail Elfat (ABŞ)

Stadion: Atlanta stadionu

Xatırladaq ki, dünya çempionatının ilk yarımfinal oyununda İspaniya Fransa üzərində 2:0 hesablı qələbə qazanaraq finala yüksəlib. Final qarşılaşması iyulun 19-da keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir