Qusarda çətənə kolları yetişdirən şəxs saxlanılıb

Baş səhifə

Qusarda çətənə kolları yetişdirən şəxs saxlanılıb.

APA-nın xəbərinə görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməkdə şübhəli bilinən 47 yaşlı Qurban Ərzimanov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları, eləcə də marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Q.Ərzimanov barəsində həbs qətimkan tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir