MyGov-da səsli xidmətlərin tətbiqi planlaşdırılır

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda MyGov platformasında səsli xidmətlərin tətbiqi
nəzərdə tutulur.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu rəqəmsal
inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Rəqəmsal
arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma”
mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, MyGov platformasına “Voice-to-Text” və
“Voice-to-Voice” texnologiyalarının inteqrasiyası
planlaşdırılır.




R.Həsənov bildirib ki, bunun nəticəsində vətəndaşlar platformaya
səsli müraciət etməklə ehtiyac duyduqları dövlət xidmətlərini ala
biləcəklər.

Nazir müavini əlavə edib ki, bu yenilik dövlət xidmətlərinin
daha əlçatan və rahat şəkildə təqdim olunmasına imkan verəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir