
Bakı.Trend:
Bakıda Azərbaycan-Slovakiya Biznes Forumu keçirilir.
Trend-in tədbirdə
iştirak edən müxbiri xəbər verir ki, forum Azərbaycanın
iqtisadiyyat naziri Mikayıl Cabbarov və Slovakiyanın Baş nazirinin
müavini, iqtisadiyyat naziri Denisa Sakovanın iştirakı ilə
keçirilir.
Forumun məqsədi ticarət əməkdaşlığının genişləndirilməsi, yeni
tərəfdaşlıqların qurulması və Slovakiya şirkətlərinin Azərbaycan
bazarında fəaliyyətinin dəstəklənməsidir.
Xəbər yenilənəcək.

