Ukrayna Qara dənizdə Rusiyanın 20 gəmisinə zərbə endirib

Baş səhifə

Ukrayna Qara dənizdə Rusiyaya məxsus 20 gəmini vurub.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, Azov dənizində Rusiyanın “kölgə donanması”na qarşı əməliyyatın ilk mərhələsi başa çatdıqdan sonra zərbələr Qara dənizə yönəldilib.

“Azov dənizində Rusiyanın kölgə donanmasına məxsus 116 gəmi hədəfə alındı və dəniz döyüşünün birinci mərhələsi başa çatdı. İndi isə növbə Qara dənizindir. Bu gün hesab 20:00-dır – 17 neft tankeri, 2 qaz tanker və 1 yedək gəmisi vurulub”, – Brovdi bildirib.

O əlavə edib ki, əməliyyatın rəsmi hesabatı və zərbələri təsdiqləyən videogörüntülər daha sonra yayımlanacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir