
Bakı. Trend:
İyulun 16-da hava əsasən yağmursuz keçəcək, 38 dərəcəyədək isti
olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin
əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi
gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75
%, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,
lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi şimal və qərb
rayonlarında yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər
bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə
arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-38° isti,
dağlarda gecə 14-18° isti, gündüz 22-27 isti olacaq.

