Azərbaycanın xarici ticarət döviyyəsi açıqlanıb

Baş səhifə

Bakı.Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət
dövriyyəsi açıqlanıb.

Trend-in
Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatları əsasında
apardığı hesablamalara görə, cari ilin yanvar-iyun aylarında
Azərbaycanın xarici ticarət dövriyyəsi 24,661 milyard ABŞ dolları
təşkil edib.

Qurumun məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 261 milyon ABŞ dolları və ya 1,1 faiz çoxdur.




Bildirilib ki, ümumi xarici ticarət dövriyyəsinin 16,32 milyard
ABŞ dolları ixracın, 8,341 milyard ABŞ dolları isə idxalın payına
düşüb.

Komitənin məlumatına görə, bu ilin yanvar-iyun aylarında ixracın
həcmi 3,442 milyard ABŞ dolları (26,7 faiz) artıb, idxalın həcmi
isə 3,181 milyard ABŞ dolları (27,6 faiz) azalıb.

Xəbər yenilənir…

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir