
Bakı.Trend:
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) yerli
vaxtla saat 06:00-dan etibarən (Bakı vaxtı ilə 14:00) İrana yeni
zərbələr silsiləsinə başladığını elan edib.
Bu barədə CENTCOM-un rəsmi “X” səhifəsində məlumat yayılıb.
“Zərbələrdə məqsəd İranın Hörmüz boğazında kommersiya gəmilərinə
hücumlar üçün istifadə etdiyi hərbi imkanları daha da
zəiflətməkdir”,-deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

