“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı

Baş səhifə

Bakı. Trend:

Şagirdlərin rəqəmsal texnologiyalara marağının artırılması və
proqramlaşdırma bacarıqlarının inkişafına yönəlmiş “Azercell Cup –
2026” müsabiqəsinin ikinci mərhələsi uğurla yekunlaşıb.

Müsabiqənin yarımfinal mərhələsində 211 şagird iştirak edib.
Avtomatik qiymətləndirmə sistemi vasitəsilə 2339 həll yoxlanılıb.
Yarımfinal mərhələsində 200 və daha çox bal toplamış 160 şagird
finalda iştirak hüququ qazanıblar. Müsabiqənin final mərhələsi 26
sentyabr 2026-cı il tarixində əyani formatda keçiriləcək.




Artıq beşinci dəfə təşkil olunan “Azercell Cup” ümumtəhsil
müəssisələrinin VI–VII sinif şagirdləri arasında proqramlaşdırma,
alqoritmik düşüncə və rəqəmsal bacarıqların inkişafına xidmət edir.
Müsabiqənin məqsədlərindən biri də istedadlı şagirdlərin erkən
yaşlardan müəyyən edilərək informatika, süni intellekt və
kibertəhlükəsizlik sahələri üzrə beynəlxalq olimpiadalara hazırlıq
proqramlarına cəlb olunmasıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir