
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı
şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə
məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin
batması barədə məlumat daxil olub.
Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri
axtarışlara cəlb olunub.
“Hazırda vətəndaş – 2004-cü il təvəllüdlü Qarayev Elgün Elçin
oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata
keçirilir. Əlavə məlumat veriləcək”.

