Kir Starmer parlamentdə sonuncu sual-cavab sessiyasında çıxış edib

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın istefa verən baş naziri Kir Starmer çərşənbə
günü parlamentdə keçirilən sonuncu sual-cavab sessiyasında varisi
Endi Börnhemi “tam dəstəkləyəcəyini” vəd edib. Emosional anlar,
yumor və futbola dair eyhamlarla yadda qalan iclas onun baş nazir
kimi son parlament çıxışı olub.

İyulun 15-də Böyük Britaniya parlamentində keçirilən son
sual-cavab sessiyası zamanı baş nazir Kir Starmer hökumətinin
fəaliyyətini bir daha müdafiə edərək, “ölkəni qəbul etdiyindən daha
yaxşı vəziyyətdə təhvil verdiyi üçün qürur duyduğunu” bildirib.




Starmer cümə günü Leyboristlər Partiyasının lideri vəzifəsini,
bazar ertəsi isə Dauninq-Stritdə baş nazir postunu Böyük
Mançesterin sabiq meri Endi Börnhemə təhvil verəcək.

Deputatlar qarşısında çıxışı zamanı Starmer varisinə “tam
dəstək” verəcəyini də vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir