Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək

Baş səhifə

ABŞ İranda hakimiyyət dəyişikliyi məqsədilə quru qoşunları göndərməyi planlaşdırmır.

APA xıbır verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens Co Roqanın podkastında bildirib.

Vens qeyd edib ki, əgər İran xalqı hökuməti dəyişmək istəsə, bu onların öz qərarıdır, lakin ABŞ bu məqsədlə 150 min hərbçi göndərməyəcək.

Onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədi neft və qaz daşımalarının təhlükəsizliyini təmin etmək, həmçinin İranın nüvə silahı proqramına sahib olmasının qarşısını diplomatik və hərbi vasitələrlə almaqdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir