
Bakı.Trend:
Polşa silahlı münaqişə ehtimalı fonunda milli qanunvericiliyinə
yenidən nəzərdən keçirməyə başlayıb. Varşava Ukraynanın müqavimət
təcrübəsindən yararlanaraq mümkün işğal halında silahlı qüvvələrdə
tam nizam-intizam yaratmağı hədəfləyir.
B barədə “Polsat News” xəbər yayıb.
Məlumata əsasən, Polşa hökuməti Ukraynada baş verən hadisələri
diqqətlə təhlil edir və Kiyevin müharibə zamanı hüquqi bazanı
operativ şəkildə dəyişmək məcburiyyətində qaldığını nəzərə alır.
Tammiqyaslı işğal mövcud qanunvericilikdəki boşluqları üzə
çıxardığından, Varşava bu səhvləri təkrarlamamaq niyyətindədir.
Mümkün yeniliklər arasında aşağıdakılar yer alır: əmrlərə tabe
olmamağa görə sərt cəzalar; ağır pozuntulara, o cümlədən döyüş
şəraitində əmrin icra edilməməsinə görə 30 ilədək azadlıqdan
məhrumetmə; ömürlük həbs cəzasının tətbiqi imkanı.

