Bilgəhdə dənizdə bir nəfərin batdığı ehtimal olunur

Baş səhifə

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı
şəhəri, Sabuncu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən
yaxın xilasetmə məntəqəsindən 3 km aralı dənizdə nəzarətsiz ərazidə
1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin
dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.




Hazırda vətəndaş – 2003-cü il təvəllüdlü Əmirov Rəhman Məzahim
oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata
keçirilir.

Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət edərək
müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, o cümlədən
nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə çimməməyə, habelə
küləkli hava şəraitində dənizə girməməyə çağırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir