
2026-cı ilin yanvar-may aylarında Azərbaycanla Türkiyə arasında xarici ticarətdə ixrac üstünlük təşkil edib.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Türkiyə ilə ticarətdə ixracın xüsusi çəkisi 59,8 faiz, idxalın xüsusi çəkisi isə 40,2 faiz olub.
Ümumilikdə, bu ilin ilk beş ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 22 milyard 164,6 milyon ABŞ dolları təşkil edib.

