
Bakı.Trend:
Avropa İttifaqında (Aİ) Rusiyaya tur paketlərinin satışı, eləcə
də ölkənin turizm istiqaməti kimi tanıdılması qadağan edilib.
Bu barədə portuqaliyalı analitik və hüquqşünas Aleşandri
Gerreyru Rusiya KİV-ə müsahibəsində bildirib.
“Bütün tur operatorlarına və turizm agentlikləri ilə əlaqəli
bütün internet saytlarına yalnız kommersiya xidmətləri təklif etmək
deyil, həm də Aİ vətəndaşları arasında Rusiyanı turizm istiqaməti
kimi təşviq etmək qadağandır”, – deyə o bildirib.
Gerreyrunun sözlərinə görə, Rusiyaya turları reklam edən
plakatlar belə qadağa altına düşüb. Buna görə də Rusiyaya səfər
etmək qərarına gələn avropalılar səyahətlərini müstəqil şəkildə
təşkil etməli olurlar.
Xatırladaq ki, iyunun sonunda məlum olub ki, Avropa Komissiyası
(AK) Rusiya turistlərinə vizaların verilməsinin tamamilə qadağan
olunması imkanını müzakirə edir. Bu təklif Avropa İttifaqına üzv
dövlətlərlə koordinasiya çərçivəsində nəzərdən keçirilir.

