ASCO-da Dünya Bankının ekspert heyəti ilə görüş keçirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” QSC-də (ASCO) Dünya Bankının ekspert heyəti ilə görüş
keçirilib.

Bu barədə QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Energetika Nazirliyi yanında Bərpa Olunan
Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndəsi də iştirak
edib.




Görüş zamanı Xəzər dənizində həyata keçirilməsi nəzərdə tutulan
külək enerjisi layihələrinin icrası çərçivəsində yarana biləcək
gəmi xidmətlərinə dair ehtiyaclar müzakirə olunub. Bu çərçivədə
ASCO-nun ixtisaslaşmış donanmasının imkanları, layihələrin müxtəlif
mərhələlərində istifadə oluna biləcək gəmi tipləri, eləcə də
dənizdə tikinti və quraşdırma işlərinin logistik təminatı
məsələləri nəzərdən keçirilib.

Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər potensial
əməkdaşlıq istiqamətləri ətrafında müzakirələr aparılıb.

Daha sonra qonaqlar “Üç əsrin şahidi” muzeyini ziyarət edərək,
burada Azərbaycanda dənizçiliyin inkişaf tarixini əks etdirən
eksponatlar və sənədlərlə tanış olublar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir