Starmer Ukraynaya baş nazir kimi son səfərini edib

Baş səhifə

Bakı.Trend:

Böyük Britaniyanın istefaya gedən baş naziri Kir Starmer
Ukraynaya tutduğu vəzifədə ikən son səfərinə gəlib.

Bu barədə “Sky News” məlumat yayıb.

Məlumata görə, Starmer Kiyevə səfəri zamanı Ukrayna Prezidenti
Volodimir Zelenskiyə bildirib ki, Böyük Britaniyanın Ukraynaya
sarsılmaz dəstəyi dəyişməz olaraq qalacaq. Nəşr qeyd edir ki, bu,
Starmerin baş nazir vəzifəsindən ayrılmasına bir neçə gün qalmış
yaxın müttəfiqi ilə keçirəcəyi son görüş olacaq.




“Sky News”un yazdığına görə, Starmer Böyük Britaniyanın
Ukraynanın silahlandırılması prosesinə verdiyi töhfədən qürur
duyduğunu ifadə edib və bu fəaliyyətin “bundan sonra da davam
etdiriləcəyini” vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron
Starmeri respublikanın ən ali mükafatı olan Fəxri Legion ordeni ilə
təltif edib. Mükafatın təqdimatı zamanı Fransa lideri Böyük
Britaniyanın baş nazirinə “istəklilər koalisiyası”nın
yaradılmasında “tarixi rol” oynadığını bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir