Zelenski Rusiya lideri ilə Ankarada görüşməyə hazırdır

Baş səhifə

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada Rusiya Prezidenti
Vladimir Putinlə görüşməyə hazırdır. Kiyevin müharibəyə son
qoyulması ilə bağlı real təklifləri var.

Bunu Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Kiyevdə
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə keçirdiyi birgə
mətbuat konfransında bildirib.

Sibiqa hesab edir ki, Ankara qlobal diplomatiyanın əsas
mərkəzlərindən biridir.




Onun sözlərinə görə, Türkiyə Kiyev və Moskva arasında mübahisəli
məsələlərin həllində dəfələrlə mühüm rol oynayıb.

“Zelenski ilə Putin arasında baş tuta biləcək görüş üçün əsas
məkanlardan birinin Türkiyə olmasının tərəfdarıyıq. Biz bunu
dəstəkləyirik və belə yüksək səviyyəli görüşün təşkilini öz üzərinə
götürməyə hazır olduğuna görə Türkiyə tərəfinə minnətdarıq”, – deyə
Sibiqa vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir