
Bakı.Trend:
Küveytin hava hücumlarından müdafiə sistemləri ölkənin hava
məkanını pozan pilotsuz uçuş aparatlarını zərərsizləşdirir.
Bu barədə əmirliyin silahlı qüvvələrinin baş qərargahı məlumat
yayıb.
“Hal-hazırda Küveytin HHM sistemləri İranın genişmiqyaslı
təcavüzündən sonra düşmən PUAlarının hücumlarını dəf etməkdədir”, –
deyə məlumatda qeyd edilib.
Baş Qərargah paytaxtda eşidilən partlayış səslərinin HHM
sistemlərinin işi ilə əlaqədar olduğuna əmin edərək insanları
təşvişə düşməməyə və aidiyyəti qurumların təhlükəsizliklə bağlı
verdiyi təlimatlara riayət etməyə çağırıb.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

