400 illik ərazi mübahisəsinə son qoyuldu

Baş səhifə

Fransa parlamenti Karib dənizində yerləşən Sen-Marten (Sint-Marten) adasında Niderlandla quru sərhədini ilk dəfə rəsmi şəkildə müəyyən edən sazişi təsdiqləyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ada hələ 1648-ci ildə iki dövlət arasında bölüşdürülsə də, sərhəd xətti təxminən dörd əsr ərzində yalnız faktiki olaraq mövcud olub və hüquqi baxımdan tam dəqiqləşdirilməyib.

2023-cü ilin mayında imzalanan saziş Fransa xarici ərazisi ilə Niderlandın muxtar hissəsi arasında dəqiq quru sərhədlərini müəyyən edir. Sənəd Niderland parlamenti tərəfindən də ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir