
Bakı.Trend:
2026-cı ilin birinci yarımilində Bakı şəhərinin prokurorluq və
daxili işlər orqanları üzrə ümumilikdə 6909 cinayət hadisəsi qeydə
alınıb, onların 93,2 faizinin açılması təmin edilib.
Bu barədə Bakı şəhər prokurorluğunda keçirilən 2026-cı ilin
birinci yarısının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində
bildirilib.
Qeyd olunub ki, Bakı şəhərinin daxili işlər orqanları ilə
qarşılıqlı əməkdaşlıq nəticəsində hesabat dövründə paytaxtda
törədilən qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd
cinayətlərinin hamısının açılması təmin olunub.
Məlumata görə, hesabat dövründə şəhərin prokurorluq orqanları
tərəfindən 120 cinayət işinin ibtidai istintaqı tamamlanıb,
onlardan 70-i məhkəməyə göndərilib.
Daxili işlər orqanlarının istintaq qurumları isə 3148 cinayət
işinin istintaqını başa çatdıraraq, 2338 işi baxılması üçün
məhkəmələrə göndərib.

