
Bakı.Trend:
Fransada təbii yanğınlar təxminən 35 min hektar ərazini əhatə
edib.
Bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, bu göstərici ötənilki bütün yanğın
mövsümünün nəticələrini üstələyir. Belə ki, ötən il Fransada 15 min
yanğın qeydə alınmış və onlar ümumilikdə təxminən 30 min hektar
ərazini əhatə etmişdi.
“Mülki müdafiə xidmətinin rəhbəri Jülyen Marion bildirib ki, bu
il təxminən 11 min yanğın qeydə alınıb. Son üç həftə ərzində ölkə
üzrə yanğınsöndürənlər eyni vaxtda 250-300 yanğını
söndürürlər”.
Hakimiyyət orqanlarının məlumatına görə, hazırda ölkənin
təxminən 50 departamentində meşə yanğınlarının baş verməsi riski
mövcuddur.
Xatırladaq ki, iyulun 13-də yanğının əhatə etdiyi ərazinin 1 min
hektara çatdığı bildirilmişdi. Həmin vaxt hadisə səbəbindən “Cənub-Şərq” yüksəksürətli dəmir yolu xəttinin bir hissəsində
qatarların hərəkəti yenidən dayandırılmışdı. Nəticədə bəzi
istiqamətlərdə qatarların hərəkətində üç saat yarımdan çox
gecikmələr qeydə alınmışdı.

