
Milli Məclisin deputatı Şahin Seyidzadə ələ keçirilən “Telegram” hesabı bərpa olunub.
Modern.üz xəbər verir ki, bu barədə millət vəkili özü açıqlama yayıb.
“Hörmətli dostlar və həmkarlar! Şəxsi “Telegram” hesabim artıq bərpa olunub. Aparılan ilkin diaqnostika nəticəsində bu günə qədər icazəsiz göndərilən mesajlara hər hansı şəxsin reaksiya verməsi və ya bunun nəticəsində zərər görməsi ilə bağlı heç bir fakt aşkar edilməyib. Əgər göndərilən həmin mesajlar sizə hər hansı narahatlıq və ya çətinlik yaradıbsa,xahiş edrəm bu barədə mənə məlumat verəsiniz. Anlayışınıza və dəstəyinizə görə hər birinizə təşəkkür edirəm!”
***
14:14
Milli Məclisin deputatı Şahin Seyidzadə “Telegram” hesabının icazəsiz ələ keçirildiyini açıqlayıb.
Modern.az xəbər verir ki, deputat bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Şahin Seyidzadə bildirib ki, hazırda onun “Telegram” hesabından icazəsiz şəkildə mesajlar göndərilir.
O, dostlarına və həmkarlarına həmin mesajlara reaksiya verməməyi, göndərilən keçidlərə daxil olmamağı və heç bir əməliyyat etməməyi tövsiyə edib.
Deputat qeyd edib ki, hazırda mütəxəssislər problemin aradan qaldırılması istiqamətində çalışırlar.
Şahin Seyidzadə yaranmış narahatlığa görə üzr istəyərək göstərilən anlayışa görə təşəkkür edib.

