Xankəndidə güclü yanğın başlayıb

Baş səhifə

Xankəndi. Trend:

Xankəndi şəhərində güclü yanğın baş verib.

Trend-in Qarabağ
bürosunun məlumatına görə, yanğın şəhər ərazisində yerləşən və
vaxtilə taxta emalı müəssisəsi kimi istifadə olunan binada qeydə
alınıb.

İlkin məlumatlara əsasən, alov qısa müddətdə geniş sahəni əhatə
edərək yaxınlıqdakı tikiliyə də keçib.




Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə
briqadaları cəlb olunub. Hazırda alovun tam söndürülməsi
istiqamətində işlər davam etdirilir.

Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə
araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir