
Bakı. Trend:
Küveytin hava hücumundan müdafiə qüvvələri 16 iyul səhəri
İrandan atılan 32 dronu ələ keçirərək məhv edib.
Bu barədə Küveyt Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi
polkovnik Səud əl-Ətvan bildirib.
Onun sözlərinə görə, ələ keçirilən mərmilərdən düşən qırıntılar
nəticəsində bir neçə yaşayış məntəqəsinə maddi ziyan dəyib.
“İranın hücumunun ölkədəki bir neçə vacib hədəfə yönəldiyi
ehtimal edilir. Bu düşmən hədəflərinin ələ keçirilməsi nəticəsində
bir neçə yaşayış məntəqəsinə dağıntılar düşüb, maddi ziyan dəyib,
lakin tələfat olmayıb”, – deyə Küveyt Müdafiə Nazirliyinin “X”
səhifəsində bildirilib.

