İranda hava limanı raket zərbəsinə məruz qalıb

Baş səhifə

ABŞ İranda yerləşən İranşəhr hava limanına raket zərbəsi endirib.

Bu barədə Tasnim agentliyi məlumat yayıb.

Məlumata görə, hücum ABŞ qırıcıları tərəfindən həyata keçirilib.

Hadisə zamanı hava limanı ətrafında üç partlayış səsi eşidilib.

İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və yaralananlar, eləcə də hava limanının infrastrukturuna dəyən ziyan barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir