Netanyahunun ABŞ səfəri təxirə salındı

Baş səhifə

İsrailin Baş naziri Benyamin Netanyahunun gələn həftə ABŞ-yə planlaşdırılan səfəri təxirə salınıb.

Modern.az xəbər verir ki, bu barədə İsrailin “i24” televiziya kanalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, səfərin təxirə salınmasına ABŞ Prezidenti Donald Trampla görüşün tarixinin razılaşdırılmaması səbəb olub. Bildirilir ki, tərəflər arasında görüşün gündəliyi və gözlənilən nəticələri ilə bağlı da razılıq əldə edilməyib.

İsrail Baş nazirinin ofisi isə səfərin təxirə salınmasını ABŞ senatoru Lindsi Qrehemin dəfn mərasiminin tarixində baş verən dəyişikliklə əlaqələndirib. Bununla yanaşı, i24-ün məlumatına görə, qərara Vaşinqton və Tehran arasında diplomatik vəziyyətin mürəkkəbləşməsi də təsir göstərib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir