Azərbaycan-Litva ikitərəfi əlaqələri müzakirə edilib

Baş səhifə

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçusla görüş keçirib.

APA xəbər verir ki, bu barədə səfir sosial şəbəkə hesabında bildirib.

Diplomatın sözlərinə görə, tərəflər ölkələr arasında qarşılıqlı əlaqələri, region və Avropanın təhlükəsizliyi, eyni zamanda Litvanın Avropa İttifaqında qarşıdan gələn prezidentliyini müzakirə ediblər.

“Litva-Azərbaycan əməkdaşlığının gücləndirilməsi üçün can atırıq”, – səfir qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir