
Qazax rayonunun azad edilmiş kəndlərində də minatəmizləmə əməliyyatları davam etdirilir.
Bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən brifinqdə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov APA-nın sualına cavabında deyib.
ANAMA sədri bildirib ki, hazırda bu fəaliyyət nəticəsində Qazaxın azad edilmiş dörd kəndində 357 ha ərazi mina və PHS-lərdən təmizlənib, eyni zamanda, piyada əleyhinə 1154 mina, tank əleyhinə 146 mina və 62 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

