Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Baş səhifə

Bu ilin iyun ayında Azərbaycandan Gürcüstana 3,32 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.

APA-nın yerli bürosu Gürcüstan Milli Bankına istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,93% çoxdur.

Ötən ay Gürcüstana daxil olan pul köçürmələrində Azərbaycanın payı 0,95% təşkil edib.

Hesabat ayında Gürcüstandan Azərbaycana isə 7,67 milyon ABŞ dolları həcmində pul köçürülüb ki, bu da illik nisbətdə 33,6% çoxdur.

İyunda xarici ölkələrdən Gürcüstana ümumilikdə 348,26 milyon ABŞ dolları həcmində pul köçürmələri daxil olub, qonşu ölkədən xaricə isə 39,8 milyon ABŞ dolları məbləğində pul vəsaitləri göndərilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir