Dünya çempionuna kuboku Tramp təqdim edəcək

Baş səhifə

Bakı.Trend:

Ağ ev ABŞ Prezidenti Donald Trampın iyulun 19-da Nyu-Cersi
ştatının İst-Raterford şəhərindəki “MetLife” stadionunda
keçiriləcək futbol üzrə dünya çempionatının İspaniya–Argentina
final qarşılaşmasını izləyəcəyini təsdiqləyib.

FIFA prezidenti Canni İnfantinonun sözlərinə görə, Tramp onunla
birlikdə turnirin qaliblərinə Dünya Kubokunu təqdim edəcək.

Bundan əlavə, Ağ ev rəhbəri bu gün Nyu-Yorkdakı “Trump Tower”də
keçiriləcək FIFA-nın rəsmi mərasimində iştirak edəcək.




Futbol üzrə FIFA dünya çempionatının finalında hazırkı dünya
çempionu Argentina ilə Avropa çempionu İspaniya üz-üzə gələcək.

Üçüncü yer uğrunda görüş isə Fransa-İngiltərə yığmaları arasında
iyulun 18-də (Bakı vaxtı ilə 19 iyul saat 01.00-da)
keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir