
Bakı.Trend:
Azərbaycanda iyulun 18-də havanın 38 dərəcə isti olacağı
gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz
keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 30-35° isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75
%, gündüz 50-60 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz
keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və axşam bəzi
yerlərdə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və
səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Müıayim şərq küləyi
əsəcək.
Havanın temperaturu gecə 23-27° isti, gündüz 33-38° isti,
dağlarda gecə 14-18° isti, gündüz 22-27° isti olacaq.

